Kooperativ haqqında

"Qızıl Alma" Kənd Təsərrüfatı İstehsal - İstehlak Kooperativi (Qızıl Alma KTİİK) əsasən kənd təsərrüfatının heyvançılıq sahəsində fəaliyyət göstərmək üçün 2019-cu ildə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır.

Kooperativin əsas məqsədi heyvançılıq sahəsinin inkişafına dəstək olmaq və kooperativ üzvlərinin sosial-maddi tələbatını təmin etməkdir. Kooperativ, qarşıya qoyulmuş məqsədə çatmaq üçün qəbul edilmiş proqram əsasında işlərini davam etdirməkdədir.

Kooperativ öz fəaliyyətində Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Kənd təsərrüfatı kooperasiyası haqqında qanununu və Qızıl Alma KTİİK-nin nizamnaməsini əsas götürür.