Qoyunçuluq layihəsi - investorları yatırım etməyə dəvət edirik
"Qızıl Alma" Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi, sığortalı və şəffaf mexanizmlə qurulmuş ənənəvi kənd təsərrüfatı sahəsi olan qoyunçuluq investisiya layihəsini təqdim edir və yatırımçıları bu layihəyə yatırım etməyə dəvət edir.
Layihənin adı: Damazlıq qoyunçuluq layihəsi.
Layihənin məqsədi: Damazlıq qoyun və ətlik quzu istehsalıdı.
Layihədə görüləcək işlər haqqında qısa məlumat: Layihənin birinci mərhələsində ana qoyun baş sayı 500 başa, ikinci mərlələsində 1000 başa, üçüncü mərhələsində 3000 başa çıxarılacaq. İkinci və digər mərhələlərdə qoyunların baş saylarının artırılması həm istehsal edilən quzuların, həm də yeni alınan quzuların hesabına aparılacaqdır. Ümumiyyətlə damazlıq ana qoyun və qoçların alışı sağlamıqları yoxlanıldıqdan, qan analizləri alındıqdan sonra həyata keçiriləcəkdir. Qoyunlar yarı qapalı bəsin sistemi ilə bəslənəcəkdir. Bəslənmə zamanı arpa, buğda kəpəyi, qarğıdalı kəpəyi, yonca, arpa samanı və digər vitaminli-meniral yemlərdən istifadə olunacaqdır.
Ləyihənin sığortalanması: Alınacaq bütün qoyun və qoçlar Dövlət Aqrar Sığorta şirkətində tam paket sığortalanacaqdır.
Layihədə cavabdehlik: Qoyunların və qoçların baxımına, yemlənməsinə, mayalanmasına, sağlığına, mühafizəsinə bir başa və rəsmi olaraq kooperativ cavabdehdi. Qoyunların və qoçların yemlənməsi və sağlamlığının keyfiyyətli təmini üçün qardaş Türkiyədən mütəxəssislər dəvət edilmişdir.
Layihədə gəlirin pay bölgüsü: İnvestorun yatırdığı maliyyə vəsaitinin 20 %-i qədər investora illik divident (gəlir) veriləcək. Divident (yəni gəlir), hər ildə bir dəfə olmaqla satış həyata keçiriləndən sonra ödəniləckdir.
Layihəyə qoşulmaq və layihədən çıxmaq mexanizmi: Yatırım edən (investor) Kooperativə ortaq üzv olmaq üçün rəsmi müraciət edir. Yatırım edənlə Kooperativ arasında bütün şərtlərin təsvir edildiyi rəsmi ortaq üzvülük müqavilə imzalanır. Yatırım edən (investor) Kooperativə ortaq üzv kimi qəbul edildikdən sonra etdiyi yatırım (mütləq pay haqqı) rəsmi təhvil təslimlə Kooperativ tərəfindən qəbul edilir.
Əlaqə üçün: whatsapp: +994102505611, zəng: +994102505615, qizilalma@yaani.com.

