"Qızıl Alma" KTİİK "Dayaq" mükafatı ilə mükafatlandırılıb

2023-cü ildə fəaliyyəti ilə seçilən 14 biznes subyektinə KOBİA tərəfindən “Dayaq” mükafatı təqdim edilib. 2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib. Sahibkarlar “Uğurlu istehsalçı”, “Əlillik məhdudiyyət deyil”, “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Təmiz ətraf mühit və yaşıl artım”, “Uğurlu fermer”, “Made in Azerbaijan” brendi altında fəal marketinq fəaliyyəti, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “Yaradıcılıq sənayesinin təşviqində uğurlu biznes”, “Uşaqların uğurlu biznes təhsili layihəsi”, işğaldan azad edilmiş ərazilərdə uğurlu biznes fəaliyyəti nominasiyaları üzrə mükafatlandırılıblar.

"Qızıl Alma" Kənd Təsərrüfatı İstehsal - İstehlak Kooperatividə 2023-cü ilin yekunlarına görə “Uğurlu fermer” nominasiyaları üzrə "Dayaq" mükafatı ilə mükafatlandırılıb.

Dayaq mükafatı Dayaq mükafatı
Dayaq mükafatı Dayaq mükafatı
Dayaq mükafatı Dayaq mükafatı
Dayaq mükafatı Dayaq mükafatı