"Qida istehlakı məlumatları bazasının yaradılması" layihəsinin icrasına başlanılıb

“Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə ilk seminar keçirilib.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri iştirak edib.

Layihənin əsas məqsədi əhalinin bütün qruplarını əhatə edəcək qida istehlakı məlumatları bazasının yaradılması, qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərin hazırlanması, yığılmış məlumatlardan qida siyasətinin təkmilləşdirilməsi və aqrar siyasətin inkişafı üçün istifadə olunması, yerli mütəxəssislərin qida təhlükəsizliyi sahəsində ən yaxşı təcrübə və qlobal standartları öyrənməsinin təmin edilməsi və ölkəmizdə qida təhlükəsizliyi ilə sağlamlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasından ibarətdir.

QIZIL ALMA KTİİK