Kooperativin nümayəndələri Konyada kənd təsərrüfatı tədbirində iştirak etmişdir
"Qızıl Alma" Kənd Təsərrüfatı İstehsal - İstehlak Kooperativinin nümayəndələri Asif Seyidov və Əli Məmmədov Türkiyə Cümhuriyyətinin Konya şəhərində 21-24 aprel 2025-ci il tarixində kənd təsərrüfatı üzrə təşkil edilmiş "ikili iş görüşmələri" tədbirində iştirak etmişlər.
Tədbir çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Türkiyə və Azərbaycan kooperativ, şirkət və təşkilatlarının nümayəndələrinin ikili görüşmələri baş tutmuş, Konya şəhərində kənd təsərrüfatı sahəsinə aid sənaye müəssisələrinin (maşın, avadanlıqlar və s.) istehsal sahələri ilə tanış olmuşlar. Kooperativin nümayəndələri Türk iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sahəsinə yatırım etməyə dəvət ediblər.
Qeyd edək ki, tədbir 21-24 aprel 2025-ci ildə Konya Ticarət Odasının və Pro-Aktiv MMC-nin təşkilatçılığı ilə baş tutub.



