Bakıda II "Türk Dövlətləri Aqrobiznes Forumu" keçirilib
Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
Toplantıda Türk Dövlətlərinin Kənd Təsərrüfatı sahəsində birgə əlaqələndirilmiş fəaliyyət göstərməyin zəruriliyi vurğulanıb.
Tədbirdə kooperativin nümayəndələridə iştirak etmişdir.
