Kənd təsərrüfatı kooperativlərinin statusu dəyişdi
Prezident İlham Əliyev “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən bundan sonra bu kooperativlər sadəcə, hüquqi şəxs statusunda olacaq. İndiyə qədər kənd təsərrüfatı istehlak kooperativi qeyri kommersiya hüquqi şəxs olubsa, bundan sonra bu kooperativlər də sadəcə, hüquqi şəxs olacaq.
Qanunla istehlak kooperativləri arasında yer alan kredit kooperativlərinin öz üzvlərinin əmanətlərini saxlamaq hüququ da ləğv edilib.
